Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzi Bank şəbəkə avadanlıqları və proqram təminatlarını satın alacaq


Azərbaycan Mərkəzi Bankı kompüter, server, şəbəkə avadanlıqları və proqram təminatlarının satın alınması məqsədilə açıq tender keçirir.

"ICTnews" elektron xəbər xidmətinin MB-ya istinadən verdiyi məlumata görə, iddiaçılar tenderdə iştirak haqqı kimi bankın müvafiq hesabına 200 (iki yüz) manat məbləğində vəsait köçürməlidir.

Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın inzibati binasından Azərbaycan dilində tərtib edilmiş Tenderin əsas şərtlər toplusunu əldə edə bilər.

Qeyd edək ki, tender proseduru cari il, 15 may tarixində saat 15.00-da bankın inzibati binasında keçiriləcək.

CAHANGİR




15/03/13    Çap et