Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Aztelekom” informasiya-kommunikasiya texnologiyaları ili ilə bağlı planlarını açıqlayıb
2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamında göstərilən istiqamətlər və tapşırıqlara uyğun olaraq, "Aztelekom" İB-də də geniş proqram hazırlanıb, həyata keçirilməsinə başlanılıb.
2013-2015-ci illəri əhatə edən "Aztelekom" İstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi" çərçivəsində 300 min nömrənin rekonstruksiya edilməsi şərtilə 600 min ən yeni texnologiyaya əsaslanan platformaları dəstəkləyən nömrənin, 500 mindən artıq genişzolaqlı internet xəttinin istifadəyə verilməsi nəzərdə tutulur.
Artıq layihə çərçivəsində şimal bölgəsində - Quba, Xaçmaz və Qusar Telekommunikasiya qovşaqlarında görüləcək işlər ictimaiyyətə təqdim olunub.
Layihə üzrə Qubanın 80 kəndində 11872 nömrə abunə tutumlu və 7992 ADSL portlu yeni EATS-lərin, Xaçmazın 79 kəndində 11264 nömrə tutumlu və 7248 ADSL portlu yeni EATS-lərin tikintisi və Qusarın 52 kəndində 5392 nömrə tutumlu və 3600 ADSL portlu yeni EATS-lərin tikintisi nəzərdə tutulub.
"Aztelekom" İstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi" çərçivəsində alternativ Şamaxı-Quba fiber-optik magistral kabel xəttinin çəkilişi, "aztelekom.net" İnternet Şəbəkəsinin genişləndirilməsi, Quba mərkəzi S-12 TOLL (şəhərlərarası) stansiyalarının və Qusar və Xaçmaz TKQ-lərin mərkəzi EATS-nin NGN texnologiyası əsasında yenidən qurulması, daxili xətt şəbəkəsində optik kabelin abunəçilərə yaxınlaşdırılması texnologiyasının (ONU) tətbiqi (mərkəzi stansiya-magistral Paylayıcı Şkaf arası), mövcud və layihələndirilən kənd EATS-də əlavə olaraq eyni zamanda səs, data və videoxidmətləri göstərməyə imkan verən "Multi-servise and Accsess Node" (MSAN) avadanlığının quraşdırılması, layihələndirilən kənd EATS binalarının tikilməsi, layihələndirilən kənd EATS-nə birləşdirici optik kabelin çəkilməsi və daxili xətt şəbəkəsinin tikintisi, genişzolaqlı xidmətlərin tətbiqilə əlaqədar texniki parametrləri normada olmayan son mil abunəçi xətlərinin (S-1, S-2, P-274 və s.) dəyişdirilməsi reallaşdırılacaq.
RƏVAN
16/03/13 Çap et