Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiya “iPhone” və “iPad” ilə məsafədən idarə edilən zirehli texnika təqdim etməyə hazırlaşır


Rusiyanın “Uralvaqonzavod” müəssisəsi 2013-2015-ci illərdə yeni hərbi maşınların təqdimatına hazırlaşır.

“Uralvaqonzavod”un baş direktoru Oleq Sienkonun Rusiya mətbuatına verdiyi məlumata əsasən, bu maşınlar, ötən il təsdiqlənmiş “Armatı” texniki layihə çərçivəsində istehsal ediləcək və “Т-72”, “Т-80” və “Т-90” hərbi tanklarını əvəz edəcək.

Artıq məlumdur ki, yeni platforma əsasında hərbi tank, piyada qoşunları üçün nəzərdə tutulmuş hərbi maşınlar və zirehli avtomobillər yaradılacaq. Tank tam rəqəmli atəş idarəetmə sistemi və tam təcrid edilmiş zirehli kapsulu ilə təchiz ediləcək.

O. Sienkonun sözlərinə əsasən, hazırda müəssisə, məsafədən idarə edilən zirehli texnikanın hazırlanması ilə məşğuldur. «Biz hətta bu il qeyd edilən maşınların müəyyən imkanlarını göstərmək niyyətindəyik, daha doğrusu, onların “iPhone” və “iPad” ilə idarə edilməsini. Hər halda mühəndis texnikasını biz artıq testdən keçirmişik və hələ ki biz bunu edə bilmişik”, - deyə o bildirib.

AYNUR




16/03/13    Çap et