Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vəsiyyətnamələrin elektron məlumat bazası yaradılıb
1927-ci ildən bəri 1,3 milyona yaxın notariat sənədini ehtiva edən Dövlət notariat arxivində vəsiyyətnamələrin elektron məlumat bazası yaradılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ölkəmizin sürətli sosial-iqtisadi inkişafının mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün əhaliyə yaratdığı geniş imkanlar nəticəsində notariat orqanlarında rəsmiləşdirilən hərəkətlərin sayı son 10 ildə 3 dəfədən çox artaraq 2012-ci ildə 4,4 milyona çatıb.
Həmçinin, xüsusi notariat institutunun inkişafı notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfəsini verib. Artıq ölkədə bütün notariat korpusunun 1/3-dən çoxunu xüsusi notariuslar təşkil edir.
HƏQİQƏT
16/03/13 Çap et