Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mübariz Qurbanlı: «Azərbaycanda İKT və nanotexnologiya sahəsində həyata keçirilən layihələrin yüksək nəticəsini görəcəyik»


«Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasına uyğun olaraq İKT, nanotexnologiyalar sahələrində, bütövlükdə sənayenin ayrı-ayrı sahələri, o cümlədən hərbi sənayedə Azərbaycan gənc dövlət olaraq layihələr həyata keçirir».

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı söyləyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda İKT və nanotexnologiya sahəsində həyata keçirilən layihələrin nəticəsini gələcəkdə daha yaxşı görəcəyik. Onun sözlərinə görə, ölkəmiz təkcə neft ölkəsi deyil, eyni zamanda gələcəkdə digər sənaye məhsullarını ixrac edən dövlətə çevriləcək: «Prezident İlham Əliyev belə bir strategiyanı qarşıya məqsəd qoyub. Sənaye baxımından inkişaf etmiş ölkələrin sırasına daxil olmaq Azərbaycanın əsas strateji hədəfi elan edilib.

Azərbaycan keçid dövrünü artıq arxada qoyub və qarşısında duran məsələ sənayecə inkişaf etmiş dövlətlər sırasına daxil olmaqdır.

Ona görə də bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir. Əldə edilən uğurlar, demək olar ki, bütün sahələri əhatə edir. Hökumət Azərbaycan vətəndaşının, hər bir ailənin rifahının yaxşılaşdırılması üçün addımlar atır».

SEYMUR




16/03/13    Çap et