Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

NASA kosmik internet protokolu istifadəyə verməyə hazırlaşır


NASA, rabitə kanallarının qırılması və məlumat paketlərinin itməsi şəraitində məlumatların ötürülməsi üçün kosmik internet protokolunu istifadəyə verməyə hazırlaşır. 

"ICTnews" elektron xəbər xidməti "Daily tech"-ə istinadən xəbər verir ki, NASA kosmosda yerləşən obyektləri birləşdirən tammiqyaslı internet şəbəkəsi yaratmağı planlaşdırır. Bu məqsədlə Yerin orbitinə, yeni proqram təminatını dəstəkləyən peyklərin buraxılması nəzərdə tutulur.

Bu peyklərin proqram təminatı ötürmənin yüksək etibarlılığı ilə yanaşı, kənar müdaxilədən daha yaxşı qorunacaq. Belə olan təqdirdə 2007-2008-ci illərdə Çin hakerlərinin NASA peyklərinin işinə müdaxiləsi kimi situasiyanın təkrarlanmasının qarşısı alınacaq. NASA etibarını itirmiş sistemdən, 2020-ci il üçün tam imtina edəcək.

Ehtimal edilir ki, NASA, texnoloji yeniliklərin tətbiqi ilə yanaşı, Marsa ekspedisiya üçün nəzərdə tutulmuş daha ucuz və əlçatan kommunikasiya bazası yaradır.

Məlumat üçün qeyd edək ki, 2010-cu ildə "Aya bilet" 100 mlrd. dollar civarında idisə, bu gün isə 18 mlrd. dollardan da az məbləğə aya səyahət etmək mümkündür. 

AYNUR




18/03/13    Çap et