Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qara brilyantdan hazırlanmış qulaqlıq təqdim edilib


"Monster" şirkəti adlı-sanlı dizayner və şou-biznes ulduzları ilə əməkdaşlıq çərçivəsində çox bahalı və xüsusi audioməhsullar yaradır.

"ICTnews.az" elektron xəbər xidməti "rbc.ru" saytına istinadən bildirir ki, şirkətin son işi olan "Diamond Tears" adlanan qulaqlığın işlənməsində 18 karat qızıl və 5.56 karat qara brilyant istifadə edilib.

Dizayner Salli Son ilə əməkdaşlıq çərçivəsində işlənmiş "Monster Diamond Tears" brilyant formasında hazırlanıb. Bu cür qurğunun işlənib hazırlanmasına 100 saatlıq əl işi sərf edilib və ona görə onun yeganə nüsxəsi mövcuddur. Qiyməti 30 min dollardır.

Emil Hüseynov




18/03/13    Çap et