Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Misirin turizm mərkəzlərində təhlükəsizliyin möhkəmləndirilməsi üçün veb-kameralar quraşdırılır
Misir hakimiyyəti ölkə ərazisində turizm sahəsi üzrə təhlükəsizliyi möhkəmləndirmək üçün yeni tədbirlər hazırlayır.
“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, turizmin inkişafı üzrə Milli İdarənin sədri Naser Həmdi bu gün keçirilmiş mətbuat konfransında bildirib ki, cari ay ərzində işə salınacaq layihə çərçivəsində Misirin böyük turizm şəhərlərində veb-kameralar və böyük ekranlar quraşdırılacaq.
Belə olan təqdirdə Misirdə istirahət edən turistlər ölkə və dünyadakı hadisələrdən xəbərdar ola biləcəklər. Başqa ölkələrin vətəndaşları isə internet üzərindən Misir kurortlarında nələrin baş verdiyini öyrənmək imkanı əldə edəcəklər.
Həmdi deyib ki, artıq Misirdə bu veb-kameraları sınaqdan keçirməyə başlayıblar. “Problem ondadır ki, onların quraşdırılması planlaşdırılan bəzi yerlərdə internet trafiki zəifdir. Biz hazırda kameraları quraşdırmaq üçün əlverişli yerlər axtarırıq”.
Emil Hüseynov
18/03/13 Çap et