Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elmi və texnoloji innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcək


29-30 may tarixlərində Moskva şəhərində "Elmi və texnoloji innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, mayın 31-də isə Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin (BETİM) qərargahında BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 64-cü iclası keçiriləcək.

HƏQİQƏT




19/03/13    Çap et