Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropa İttifaqının yeni tövsiyələri əlavə proqram dükanlarına təsir göstərə bilər
Bir sıra ölkələrin məlumatlarının qorunması üzrə müxtəlif idarələrin daxil olduğu Avropa İttifaqının "Article 29" işçi qrupu yeni tövsiyələrini nəşr edib.
"ICTnews" elektron xəbər xidməti "Electronista"a istinadən bildirir ki, bu tövsiyələr əlavə proqramların tərtibatçılarına ciddi təsir göstərə bilər. Yeni təlimatlarda təklif edilir ki, əlavələrdə, hər tip məlumatlara çıxış əldə edildikdə, öncədən icazə istənilsin. Bu, təkcə onların yerləşməsi ilə bağlı məlumat deyil, həm də əlaqə, ödəniş məlumatları, sosial şəbəkələrdə loqinləri, həmçinin brauzer tarixi və s. kontentlə bağlıdır.
Qrup həmçinin tövsiyə edir ki, "Apple" və "Google" kimi əlavələr dükanlarının sahibləri olan şirkətlər, öz əməliyyat sistemlərində məlumat yığımını təqdiretmə mexanizmini tətbiq etsinlər.
Bu mexanizm proqram ilk dəfə işə salındıqda və ya potensial həssas məlumatlara ilk çıxış vaxtı işlək vəziyyətdə olmalıdır.
"İcazəsiz istənilən izləmədən çəkinmək lazımdır. Üçüncü tərəflər, izləməni qadağan edən mexanizmin üstündən ötüb keçməməlidirlər ",- sənəddə qeyd edilib. Bu tövsiyələrin bir çox əsasnamələri Avropa İttifaqının bir sıra qanunvericilik aktlarına daxil edilib. Onlar requlyatorların tərtibatçılarla və dükanların operatorları ilə münasibətlərdə bu qanunvericilik normalarını necə şərh etməyi planlaşdırdıqlarını göstərə bilərlər.
AYNUR
19/03/13 Çap et