Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

XƏBƏRDARLIQ: Bank bildirişlərinə oxşayan məktublarla daha ehtiyatlı olun!


Son aylar ərzində müşahidə olunan uzunmüddətli sakitlikdən sonra spamerlər ötən aydan etibarən hücuma başlayıblar.

“Kaspersky Laboratoriyası”nın məlumatına əsasən, fevralda poçt tullantılarının payı 13% artaraq 71%-ə çatıb.

Eyni zamanda, Rusiya Runetdə arzuedilməz elektron məktubların yayıcıları arasında lider mövqelərini ümumi daxili əmanətlərini 8% azaldaraq təslim edib. Elektron poçt vasitəsilə zərərverici proqramlar yayan bədəməllərin ən məşhur aləti müxtəlif maliyyə institutları adından göndərilən rəsmi bildirişlərə oxşar məktublardır.

Misal üçün, cinayətkarlar istifadəçinin bank hesabının “sındırılması” ilə bağlı uydurmaya əl atırlar və nəticədə hesab dondurulur. Məlumat almaq üçün istifadəçiyə əlavədəki ziyanverici faylı açmaq təklif edilir. Bədəməllərin ən çox istinad etdikləri şirkət adı “Google” axtarış sistemidir və ötən ay ərzində onun adından boş vakansiyalar siyahısı ilə istifadəçinin göndərdiyi xülasənin müqayisə etdirilməsi haqda məktublar olub.

Anlaşılmazlığı aydınlaşdırmaq üçün istifadəçiyə, içində parolların və digər məxfi məlumatların oğurlanması üçün nəzərdə tutulmuş troyan virusu olan, əlavə edilmiş məktubu açmaq təklif edilib.

Spam axınının coğrafi paylaşdırılmasında ciddi dəyişikliklər baş verib. Qlobal miqyasda spam paylaşdırılması siyahısında Çinin payının iki dəfə azalması ilə bağlı liderlik ABŞ-a keçib. Üçüncü yer isə Cənubi Koreyaya keçib. Runetdə əsas spamer Rusiyanı altıncı yerə sıxışdıran Hindistan olub. İkinci yerdə göstəriciləri 5 dəfədən çox artan İtaliya olub.

Liderlər üçlüyünə 11 mövqe yüksələn Tayvan da daxil olub. «Spamın fevral ayında kəskin artımı heç də yeni tendensiyanın başlanğıcı demək deyil. Çox ehtimal ki, bu, Yeni il tətilləri nəticəsində yanvarda müşahidə olunan poçt tullantılarının azalmasının fəsadlarıdır.

Bundan başqa, ötən ilin orta göstəricisi ilə müqayisədə arzuedilməz məktubların payı ötən ay hətta bir az azalıb. Lakin biz gələcəkdə sərt dəyişikliklər gözləmirik”,- deyə “Kaspersky Laboratoriyası”nın kontent analitiklərinin rəhbəri Darya Qudkova şərh edib.

Hazırda təşviş yaradan fakt spamla göndərilən zərərverici əlavələrin əsas məqsədinin onlayn banking parollarının oğurlanmasıdır. Belə bildirişlər məlumatları doldurmaq üçün nəzərdə tutulmuş html-formalar kimi görünür. İstifadəçilərin bank bildirişlərinə oxşayan məktublarla daha ehtiyatlı olmaları məsləhət görülür, onlar bu əlavə faylları açmamaladırlar və onlayn banking səhifələrinə yalnız brauzer üzərindən daxil olmalıdırlar. 

AYNUR




19/03/13    Çap et