Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “İKT sektorunun yaxın gələcəkdə neft və qaz sektorundan sonra ikinci ən gəlirli sektora çevrilməsi üçün bizim bütün imkanlarımız var”
̶ Siz Azərbaycanın inkişafında aparıcı rol oynayan qüvvə kimi İKT-nin potensialını necə qiymətləndirirsiniz?
̶ Müasir dövrdə İKT həyatın bütün sahələrində vacib rol oynayarkən ölkədə baş verən ictimai və iqtisadi proseslərin ayrılmaz hissəsinə çevrilib. İKT Azərbaycan iqtisadiyyatının ən perspektiv seqmenti sayılır. Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları və Milli Strategiya (2003-2012-ci illər), 2005-2008-ci illər üçün ilk Dövlət Proqramı Azərbaycanda 2003-cü ildə qəbul olunub. Bu vaxt ərzində biz İKT sahəsində azad və rəqabətə davamlı mühit yaratmış, bu sahəyə investisiyalar cəlb etmiş, onun üçün qanunverici baza hazırlamış, telekommunikasiya infrastrukturunu təkmilləşdirmiş və ən müasir texnologiyaları geniş şəkildə tətbiq etməyə başlamışıq. Hazırda Azərbaycanda İKT sektorunun inkişaf sürəti dünya üzrə ümumi göstəriciləri bir neçə dəfə üstələyir. Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanmış 2008-2009-cu illər üzrə İnformasiya Texnologiyalarının Qlobal İnkişafı üzrə hesabatda qeyd olunur ki, Azərbaycan İKT-nin inkişafında bir neçə aparıcı ölkəni qabaqlayır və MDB ölkələri arasında birinci yeri tutur. Bu gün Azərbaycan regionun İKT mərkəzinə çevrilib və internetin imkanları sürətlə genişlənir. Son statistik məlumata görə, Azərbaycanda internetin penetrasiyası 50% təşkil edir. Əgər bir necə il bundan əvvəl Azərbaycanda hər 1000 nəfərə bir kompyuter düşürdüsə, bu gün isə hər 100 nəfərə 15 kompyuter düşür. Eyni zamanda, ölkədə kosmik sənaye inkişaf etməyə başlayıb. Azərbaycanın ilk telekommunikasiya peyki 2012-ci ildə kosmosa buraxılacaq. Azərbaycanın coğrafi mövqeyini və bizim milli iqtisadiyyatımızın inkişaf səviyyəsini nəzərə alsaq, nəticə çıxara bilərik ki, İKT sektorunun yaxın gələcəkdə neft və qaz sektorundan sonra ikinci ən gəlirli sektora çevrilməsi üçün bizim bütün imkanlarımız var.
www.thebusinessyear.com