Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyada insanın nəbzini ölçən kamera hazırlanıb
Yaponiyanın "Fujitsu Laboratories" şirkəti insanın nəbzinin videokameranın köməkliyi ilə ölçülməsi üzrə yeni texnologiya hazırlayıb. Kameranı kompüter, "ağıllı" telefon və planşetə quraşdırmaq mümkündür və o, insan üzünün rənginə əsaslanaraq qana düşən oksigenin cüzi dəyişikliyini belə təyin etməyə "qadirdir".
"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, texnologiya eritrositlər sayəsində üzün rəngini təyin edir.
Şirkətdən verilmiş məlumata əsasən, bu texnologiya insanın nəbzinin tezliyini cəmisi 5 saniyə ərzində təyin edə bilir. Şirkətin nümayəndəsi bildirib ki, yaxın gələcəkdə texnologiyanın təcrübədə tətbiqi üzərində işlərə başlanılacaq.
Emil Hüseynov
19/03/13 Çap et