Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu şəhərdə bahalı smartfonların oğurlanması halları artıb
Danimarkanın paytaxtı Kopenhagen şəhərində hər gün 20-dən çox bahalı smartfon oğurlanır. "ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, polisin məlumatına əsasən, 2012-ci ildə şəhərdə 7749, 2011-ci ildə 4961, 2009-cu ildə isə 363 ədəd smartfon oğurlanıb.
Polis nümayəndəsinin sözlərinə görə, oğurluq hallarının kəskin artması son illər ərzində dəblə ayaqlaşan cihazların geniş populyarlığı ilə izah edilir.
Emil Hüseynov
19/03/13 Çap et