Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter” sosial şəbəkəsinin banisi Nyu-Yorkun meri olmaq istəyir
"Twitter" sosial şəbəkəsinin banisi Cek Dorsi Nyu-Yorkun meri postuna namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə 36 yaşlı amerikalı proqramçı və iş adamı müxbirlə söhbət zamanı "SBC" telekanalına bildirib.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, 1 milyard dollar həcmində varidata malik Cek Dorsi deyib ki, Nyu-York artıq uzun müddətdir onu öz enerjisi ilə özünə doğru çəkir.
Emil Hüseynov
19/03/13 Çap et