Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nəqliyyat Nazirliyinin ilk elektron xidmətləri istifadəyə verildi


Nəqliyyat Nazirliyi ilk 4 elektron xidmətini "Elektron hökumət" portalı vasitəsilə vətəndaşların istifadəsinə təqdim etdi. Bu xidmətlər "Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarının lisenziyalaşdırılması", "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazənin verilməsi", "Nəqliyyat Nazirliyinin mülkiyyətində olan ümumi istifadə edilən avtomobil yollarında müvafiq işlərin görülməsi üçün texniki şərtin verilməsi" və "Rəqəmsal taxoqraf kartlarının verilməsi" xidmətləridir.

Hər 4 xidmətdə müraciət və sənədlərin qəbulu nəzərdə tutulub.

Həmçinin vətəndaşlar bu xidmətlər üzrə əvvəlki müraciətlərini də görmək imkanı əldə edirlər.

HƏQİQƏT




27/03/13    Çap et