“Nokia” smartfon adlarında hərflərdən imtina edib
“Nokia” şirkəti 500 smartfonun elanı ilə eyni anda mobil qurğu adlarının yeni sisteminə keçidi elan edib. Fin şirkəti telefon adlarında hərfi işarələrin istifadəsindən imtina edib. Smartfonun "üstünlük" dərəcəsi haqqında birinci rəqəm üzrə bilmək mümkün olacaq: o, nə qədər yüksəkdirsə, aparat daha funksional olacaq.“1xx” seriyasının modelləri ən ucuz, “9xx” seriyaları isə ən bahalı olacaq. Hər seriyada nəzəri cəhətdən 100 model ola bilər: məsələn, 900-dən 999-a qədər.
www.onliner.by