Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Regionlarda genişzolaqlı internet xidmətlərində çıxış imkanı artırılıb
Regionlarda genişzolaqlı internet xidmətlərində çıxış imkanlığı bir qədər də artıb. "Aztelekom" İB-nin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2012-ci ilin əvvəli ilə müqayisədə 63 min istifadəçi və ya 2,2 dəfə (121%) artaraq 114 mini keçib.
Hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 21,9% təşkil edir. 2012-ci ilin əvvəlində bu göstərici 10,9% olub.
Qeyd edək ki, birlik tərəfindən 7 internet-provayderlə bağlanan birgə əməkdaşlıq müqaviləsinə uyğun olaraq onlar tərəfindən 17 rayonda ümumilikdə 570 km optik kabel çəkilişi həyata keçirilib.
Ümumilikdə bu layihə çərçivəsində 33 TKQ-nin xidmət ərazisində 2100 km-dən artıq FO kabel xətlərinin çəkilişi başa çatdırılıb.
RƏVAN
27/03/13 Çap et