Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ilədək “LTE” abunəçilərinin sayı təxminən 220 milyon təşkil edəcək
"Juniper Research" analitik şirkətinin yeni araşdırmasına əsasən, yaxın iki il ərzində dünyada "4G LTE" qabaqcıl mobil rabitə texnologiyası sürətlə populyarlaşacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu il "LTE" abunəçilərinin sayı 105 milyon, gələn il isə onların sayı iki dəfədən çox artaraq təxminən 220 milyon təşkil edəcək.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2013-cü ildə mobil istifadəçilərin kütləvi şəkildə "LTE" texnologiyası ilə işləyən rabitə xidmətlərinə keçəcəyi gözlənilir. Araşdırmaya əsasən, "4G LTE" texnologiyası, hər şeydən əvvəl inkişaf etmiş bazarlarda sürətlə populyarlaşır, çünki bu, mobil rabitə şəbəkələrinin təkamülündə növbəti mərhələdir.
Bununla belə, analitiklər hesab edirlər ki, inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən mobil operatorların əksəriyyəti "3G" texnologiyasından tamamilə imtina edərək bu mərhələyə keçə bilərlər. Araşdırmada nümunə qismində Keniya dövləti göstərilir. Burada "Yu" yerli mobil operator bu yaxınlarda bəyan edib ki, o, "3G" texnologiyasından imtina edir və dərhal "LTE"yə keçir.
Emil Hüseynov
27/03/13 Çap et