Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
POS-terminal şəbəkəsi genişləndirilir
Hazırda Azərbaycanda bir çox müəssisələrdə POS-terminalların quraşdırılması işləri sürətlə davam etdirilir. “ICTnews” elektron xəbər xidmətinin “Azərikimya” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, kommunal xərclərin ödənilməsi və digər zəruri bank-maliyyə əməliyyatlarının yerinə yetirilməsi üçün birliyin əsas inzibati binasında quraşdırılmış POS-terminal da bu qəbildəndir.
Bütün kommunal xərclərlə (ev, işıq, su və qaz üzrə), mobil və şəhər telefonları, internet və kabel televiziyası ilə əlaqədar ödənişlərlə, həmçinin pul köçürmələri, digər bank və sığorta əməliyyatları ilə bağlı kimyaçıların istirahət günlərində xeyli vaxt itirdikləri nəzərə alınaraq, bilavasitə iş yerində quraşdırılmış aparat bundan sonra həm banklarda və poçt şöbələrində uzun növbələrdə yol verilən vaxt itkisinin, həm də gərginlik və əsəbiliyə səbəb olan digər məqamların birdəfəlik aradan qaldırılmasında mühüm vasitə olacaq.
POS-terminal kimyaçılar üçün həmçinin nahar fasilələrində və işdən sonra onlayn oyun-əyləncə və mənalı istirahət etmək, alış-veriş sifarişi vermək üçün də imkanlar açır.
CAHANGİR
27/03/13 Çap et