Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər verilənləri optik lif vasitəsilə təxminən işıq sürəti ilə göndərməyə nail olublar


Sauthempton Universitetinin alimləri optik lifli birləşmələr vasitəsilə verilənlərin ötürülməsində rekord sürətə nail olmağa imkan verən texnologiya hazırlayıblar. Tədqiqatçıların iddiasına görə, mövcud həllər üzrə verilənlərin ötürülmə sürəti işığın vakuumdakı sürətinin 31%-nə bərabərdir. Tədqiqatçılar qrupunun hazırladığı texnologiyada bu göstərici təxminən 99.7% olub.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Fransisko Polettinin rəhbərliyi altında işləyən tədqiqatçılar qrupu 73.7 Tbit/san sürət əldə etməyə nail olublar ki, bu da 10 TB/s deməkdir.

Düzdür, bu cür xətlərin texniki xüsusiyyətləri hələ ki onlardan uzun məsafələrdə istifadəyə imkan vermir, lakin onlar məlumat mərkəzləri və güclü hesablama sistemlərində tətbiq edilə bilərlər.

Emil Hüseynov




27/03/13    Çap et