Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2017-ci ilədək internetə qoşulmuş “ağıllı” qurğuların satış həcmi 2 milyardı ötəcək
"IDC" analitik şirkəti internetə qoşulmuş qurğuların bazarı üzrə proqnoz verib. Proqnoz masaüstü və yığcam kompüter, planşet, həmçinin smartfon seqmentini əhatə edir.
Şirkətin qiymətləndirməsinə görə, 2012-ci ildə dünyada təxminən 1,2 milyard "ağıllı" qurğu satılıb. 2011-ci illə müqayisədə artım 29,1% olub. "IDC" hesab edir ki, 2014-cü ildə internetə qoşulmuş "ağıllı" qurğulara tələbat 1.6 milyard, 2016-2017-ci illərdə isə 2 milyardı ötəcək.
"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, 2012-ci ildə tədarük edilmiş "ağıllı" qurğuların sayına görə "Samsung" şirkəti lider olub. Sonrakı yerlərdə "Apple" (18.2%) və "Lenova" şirkətləri qərarlaşıb.
Emil Hüseynov
27/03/13 Çap et