Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Chrome” səyyahının payı 1 il ərzində təxminən 2 dəfə artıb


“Net Applications” şirkəti 2011-ci ilin iyul ayında səyyahların bazar paylarını qiymətləndirib. Qiymətləndirməyə əsasən, “Google Chrome” veb- müşahidəçisinin məşhurlaşdığını demək olar. Artıq onun bazardakı payı 13.5% təşkil edib. Məlumat üçün qeyd edək ki, keçən il bu göstərici 7,2% olub. Dünyanın ən geniş yayılmış səyyahları reytinqində “Chrome” hal-hazırda üçüncü yeri tutur.
“İnternet Explorer” hələ ki 52,8% ilə lider olaraq qalır. Bir il əvvəl şəbəkənin 60,7% istifadəçisi bu səyyahdan istifadə edirdi. “Firefox” səyyahı ikinci yerdədir: 12 ay ərzində bu səyyahın bazar payı 22,9-dan 21,5%-ə qədər azalıb. Sonrakı yerləri “Apple Safari” (8.1%), “Opera” (1.7%) və “Opera Mini” (1.3%) səyyahları tutur. Bütün digər səyyahların iyul ayı üzrə ümumi payı təxminən 1,3% təşkil edib.


net.compulenta.ru




01/08/11    Çap et