Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICANN” ticarət markalarının mühafizəsi üçün sistem istifadəyə verəcək


“ICANN” internet korporasiyası biznes strukturlarına öz brendlərinə uyğun domen adlarını qeydiyyatdan keçirmək imkanını təqdim edən məlumat bazasını istifadəyə verib.

Gələcəkdə bu domen adlarına oxşar domenlər qeydiyyat üçün bağlı olan qara siyahıya daxil ediləcək. “ICANN” ümid edir ki, “TMCH” (Trade Mark Clearing House) sistemi kiberskvottinq problemi və ticarət markalarına olan hüquqların pozulması ətrafında yaranmış olduqca kəskin mübahisələrin qarşısını alacaq. "Ticarət markalarının hesablama palatası”nın istifadəyə verilməsi 2000 yeni “gTLD” buraxılışı ərəfəsində həyata keçirilir. “ICANN”-a, naməlum şəxslər tərəfindən ticarət markaları zəbt edilmiş, şirkətlərdən yüzlərlə şikayət təqdim edilib.

“ICANN”, may ayından, ilk növbədə *.bet, *.web, *.news kimi domen adlarını istifadəyə verməyi nəzərdə tutub. “TMCH” sistemi şirkətlərə onların brendlərinə uyğun domenlərin prioritet qeydiyyat imkanını təqdim edəcək.

Üstünlük ondadır ki, “TCMH” sistemində hər dəfə yeni domen sifarişi təqdim etməyə ehtiyac yoxdur, bir dəfə ticarət markasını və ya brendi göstərmək kifayətdir. “TMCH” sistemi “Deloitte” auditor şirkəti tərəfindən idarə ediləcək. Yeni platformadan istifadə pullu olacaq: istifadəçilər hər bir brend üçün xidmət haqqı şəklində 95-150 dollar ətrafında pul ödəyəcəklər.

AYNUR




27/03/13    Çap et