Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti smartfon və planşetlərin satışları haqqında məlumatları məxfiləşdirəcək


“Samsung” şirkəti smartfon və planşetlərin satışları üzrə proqnozlar haqqında məlumatları dərc etməyi dayandıracaq. Çünki bu, başqa tədarükçülərlə rəqabət dərəcəsini artırır və əlavə risk yaradır. Bu qərarın ikinci səbəbi kimi isə “Apple” şirkəti ilə olan məhkəmə təhqiqatı qeyd edilib.
Xəbər 2011-ci ilin II rübü üçün hesabat nəşrindən sonra verilib. Şirkətin qazancının 39,44 trilyon Koreya vonuna (37,4 milyard dollar) qədər artmasına baxmayaraq, gəlir keçənilki qiymətlə müqayisədə 18% aşağı düşüb. Şirkət nümayəndələrinin sözlərinə görə, həmin dövrdə mobil biznes yaxşı nəticələr nümayiş etdirib. Qurğuların satışları 43% artıb. Hərçənd şirkət smartfon və planşetlər üçün ümumi məlumatları göstərməyə üstünlük verərək qurğuların müxtəlif tipləri üzrə nəticələri açıqlamır. Şirkət üçüncü rübdə vəziyyətin bir qədər yaxşılaşmasını proqnozlaşdırır.


biz.cnews.ru




01/08/11    Çap et