Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda informasiya texnologiyaları və telekommunikasiya bazarlarının müasir inkişaf tendensiyaları müzakirə edilir


Bakıda informasiya texnologiyaları bazarının müasir inkişaf tendensiyalarına həsr edilmiş "GfK Consumer Choices" konfransı keçirilir.

Şirkətdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata əsasən, tədbir çərçivəsində telekommunikasiya, elektronika, məişət texnikası bazarlarının müasir inkişaf tendensiyaları müzakirə edilir. Eyni zamanda, tədbirdə GfK-nin pərakəndə ticarətin araşdırması məlumatlarının istifadə potensialı müzakirə ediləcək.

GfK konfransının interaktiv formatı MDB bazarının son inkişaf tendensiyaları haqda məlumat almaqla yanaşı, ekspertlərlə, riteyl nümayəndələri və məişət texnikası və elektronika istehsalçıları ilə, narahat edən məsələlər ətrafında diskussiyalar aparmaq imkanı təqdim edir.

Aynur Vəliyeva




28/03/13    Çap et