Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə “Twitter”in reklam gəliri 1 milyard dolları ötəcək
"EMarketer" analitik şirkətinin proqnozuna əsasən, gələn il "Twitter" sosial şəbəkəsinin reklam gəliri 1 milyard dolları ötə bilər, halbuki bu il bu məbləğ təxminən 583 milyon dollar olacaq.
Hesabat müəlliflərinin sözlərinə görə, "Twitter"in reklam gəlirinin artması şirkətin mobil sahədə fəallığının artması ilə bağlıdır. Mobil reklamdan əldə olunan gəlir yüksək templə artır. "Twitter" bu göstərici üzrə "Google" və "Facebook"u qabaqlayır.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bu il "Twitter"in reklam gəlirinin təxminən 53%-ni mobil reklam təşkil edəcək. 2015-ci ildə bu göstərici 60%-dək artacaq. "Twitter"in gözləntilərinə əsasən, 2015-ci ildə mikrobloqlar xidmətinin reklam gəliri 1.33 milyard dollar olacaq.
Hazırda "Twitter" öz reklam gəlirinin 83%-ni ABŞ-da qazanır.
Emil Hüseynov
28/03/13 Çap et