Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“28 May” stansiyasında fərdi iqlim nəzarətini tətbiq etməyə imkan verən yeni sistemlər quraşdırılacaq


Hazırda rekonstruksiya olunan “28 May” stansiyasında aparılan yenidənqurmadan sonra bir çox avadanlıqlarda və onların iş qabiliyyətində dəyişikliklər ediləcək.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Bakı Metropolitenindən (BM) məlumat verilib. Metropolitendən bildirilib ki, əsas dəyişikliklər havalandırma və kondisionerləşdirmə sistemləri ilə bağlıdır: “Yuxarı vestibüldə kassa zalı, həmçinin maşın zalı səviyyələrindən başqa platforma hissəsində yerləşən texniki otaqlarda yerli ventilyasiya sistemi yeniləndirilərək, müasir standartlar səviyyəsinə çatdırılacaq. İqlim nəzarəti müasir kanal sistemlərinə uyğun olaraq aparılacaq.

Yeni sistemlər hər bir otaqda ayrı-ayrılıqda fərdi iqlim nəzarətini tətbiq etməyə imkan verir”. BM-dən qeyd edilib ki, sistemlərin tətbiqi zamanı stansiyanın estetik görkəmi və ümumi dizaynına xələl gətirilməməsinə də xüsusi fikir veriləcək.

HƏQİQƏT




29/03/13    Çap et