Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən sürətli mikroprosessoru təqdim olunub
“Oracle” korporasiyası iri korporativ sifarişçilər üçün nəzərdə tutulmuş “SPARC T5” prosessoru və onun əsasında işləyən məhsuldar serverlərini təqdim edib.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Oracle” korporasiyası iddia edir ki, “SPARC T5” dünyanın ən sürətli mikroprosessorudur.
O, 16 hesablama nüvəsinə malikdir. “SPARC T5” prosessorları 28 nanometr texnoloji proses üzrə hazırlanır. Onun takt tezliyi 3,6 QHs, üçüncü səviyyəli keşin həcmi isə 8 MB təşkil edir. Yaddaşın şininin keçirtmə qabiliyyəti 12,8 Qb/s-ə bərabərdir; “PCI Express 3.0” interfeysi dəstəklənir.
Emil Hüseynov
29/03/13 Çap et