Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncə Dövlət Universitetində Tələbə Məlumat Sisteminin təsis olunmasına başlanır


Yaxın zamanlarda Gəncə Dövlət Universitetində Tələbə Məlumat Sisteminin təsis olunmasına başlanır. Universitetdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, ölkə başçısının sərəncamına uyğun olaraq cari ilin “İKT ili” elan olunması ilə bağlı bu addım atılır.

Məqsəd universitetin pedaqoji kontingentinin şəxsi məlumatlarını elektron sistemdə yerləşdirməkdir. Burada tələbələrin ev ünvanı, telefon, şəxsi iş nömrələri və s. bu kimi digər məlumatlar yerləşdiriləcək. İstənilən tələbə ilə bağlı məlumatlar mövcud şəbəkədə istifadəçilər üçün açıq olacaq.

Lakin qeyd edək ki, sözügedən məlumatlar şəxsi olduğu üçün məxfi şifrə altında saxlanılacaq. Yalnız universitet rəhbərliyi və aidiyyəti olan insanlar bu məlumatlara daxil olmaq şansı qazanacaq.

Qeyd edək ki, daha sonra universitetin müəllim kontingenti haqqında məlumatların da elektron şəbəkədə yerləşdirilməsi nəzərdə tutulub.

RƏVAN




29/03/13    Çap et