Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BMT kütləvi kiberhücum haqqında məlumatları araşdırır
BMT kütləvi kiberhücum haqqında məlumatları araşdırır. Ekspertlər bu kiberhücumu internet tarixində "misli görünməmiş" kimi qiymətləndiriblər.
"Biz KİV-də kütləvi kiberhücumun internetin işində nasazlıqlar yaratması barədə dərc edilmiş məlumatları oxumuşuq. Hazırda bu informasiyanı araşdırırıq" – BMT-nin baş katibinin rəsmi nümayəndəsi Martin Nesirke deyib.
"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, o xatırladıb ki, beynəlxalq ictimaiyyət bundan əvvəl də hakerlərin məqsədyönlü fəaliyyətinin şahidi olub".
"Bu problemin qarşısını almaq üçün sözsüz nəsə etmək lazımdır" – beynəlxalq təşkilatın nümayəndəsi deyib.
Xatırladaq ki, martın 19-dan naməlum hakerlər kütləvi "DDos" hücumlar keçirməyə başlayıblar və onun nəticələri yalnız bu həftə hiss olunub.
Kibercinayətkarlar ayrıca serverə saniyədə 300 Qbit məlumat mübadiləsi sürəti ilə çoxlu sayda sorğu göndəriblər, nəticədə server sıradan çıxıb.
Ekspertlər qeyd edirlər ki, hakerlərin aksiyası dünyada veb-səhifələrin yüklənmə sürətinin azalmasına, həm də internet xidmət sistemlərində nasazlığa səbəb olub.
Güman ki, London və Cenevrədə fəaliyyət göstərən "Spamhaus" qeyri-kommersiya təşkilatı ilə Hollandiyanın "Cuberbunker" hostinq şirkəti arasındakı mübahisə hücuma səbəb olub.
Emil Hüseynov
29/03/13 Çap et