Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada təxminən 50 milyon kompüter virusa yoluxub


"Kasperski Laboratoriyası"nın araşdırmasına əsasən, dünyada təxminən 50 milyon kompüter zərərli proqram təminatına yoluxub. Ekspertlər dəqiqləşdiriblər ki, araşdırma "Windows" əməliyyat sistemi ilə işləyən qurğuları əhatə edib.

"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, araşdırmaya əsasən, kompüterlərin 5%-nə antivirus proqramı quraşdırılmasına baxmayaraq, onlar da yoluxmaya məruz qalıb. "Qorunmayan" qurğular arasında bu göstərici 13%-ə bərabərdir.

"Nasaz" kompüterlər daha çox Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Türkiyədə qeydə alınıb. Ən az yoluxma Almaniya, Avstriya, Çexiya və Skandinaviya ölkələrində qeydə alınıb.

Emil Hüseynov




29/03/13    Çap et