Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
31 mart beynəlxalq “bəkap” günüdür
"Image Kompüter" və elektronika əsrində mühüm informasiyanın tamlığının təminatı böyük əhəmiyyət daşıyır. Maliyə məlumatları, məlumat bazaları və ya sayt informasiyasının itməsi təşkilatda böyük problemlərə gətirib çıxarır və insanların büdcəsinə ciddi ziyan vurur.
Beynəlxalq "ehtiyat surətçıxarma günü" (ing. World Backup Day) ictimaiyyətin diqqətini informasiyanın mühafizəsinin təminatı, həmçinin məlumat itkisindən müdafiənin zəruriliyi fikrini yaymaq məsələlərinə cəlb etməyə yönəlib. Ehtiyat surətçıxarma və ya "bəkap" günü hər il martın 31-də qeyd olunur. Ehtiyat surətçıxarma daimi yaddaşda məlumatlar korlandığı və ya itdiyi zaman onların bərpası məqsədilə sərt disk, fləş-kart, CD-disk və s. kimi daşıyıcılarda məlumatların surətlərinin yaradılmasıdır.
"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, "bəkap" günü "Reddit" sosial xəbərlər saytının istifadəçilərinin təşəbbüsü ilə təyin edilmişdir.
Günün 31 mart tarixində qeyd olunması da təsadüfi deyil. Belə ki, kompüter mühitində məlumatların itməsi hallarına aprelin 1-də daha çox rast gəlinir. Hətta 1 aprel viruslarının qrupu mövcuddur ki, onlar məhz bu gün fəallaşırlar. Həmin virusların "amansız fəaliyyət"inin nəticəsi informasiyanın itməsi və ya sistemin işində nasazlığa səbəb olur. Bəkap günü "Reddit" sosial xəbərlər saytının istifadəçilərinin təşəbbüsü ilə təyin edilmişdir. Günün 31 mart tarixində qeyd olunması da təsadüfi deyil.
Belə ki, kompüter mühitində məlumatların itməsi hallarına aprelin 1-də daha çox rast gəlinir. Hətta 1 aprel viruslarının qrupu mövcuddur ki, onlar məhz bu gün fəallaşırlar. Həmin virusların "amansız fəaliyyət"inin nəticəsi informasiyanın itməsi və ya sistemin işində nasazlığa səbəb olur.
Emil Hüseynov
30/03/13 Çap et