“Google+” sosial şəbəkəsi 1 ay ərzində bazar liderlərindən biri olub
Bir çox analitiklər “Google+” platformasının artıq sosial şəbəkələr bazarında böyük oyunçu olduğunu iddia edirlər. O, bu vəziyyətə cəmi 1 ay ərzində nail ola bilib. Yeni sosial şəbəkə iyun ayının 28-də istifadəyə verilib və 2 həftə ərzində platformada təxminən 20 milyon istifadəçi qeydiyyatdan keçib. Bu sosial şəbəkə “Twitter”, “Linkedin” və “Facebook” xidmətlərinin funksionallığına malikdir və nəticədə istifadəçi daha az vaxt və trafik xərcləyərək xeyli sayda məlumat əldə edir. Bu isə resursu şəbəkə istifadəçilərinin əksəriyyəti üçün çox faydalı edir", - “Enderle Group” şirkətindən analitik Rob Enderle bu qənaətdədir.
"Mən əmin deyiləm ki, hal-hazırda “Google” öz sosial şəbəkəsinin böyük müvəffəqiyyətinə bel bağlaya bilər, amma yaxın gələcəkdə onun belə imkanı olacaq. “Google+” platformasının işləri çox yaxşı gedir"- deyə “The Gabriel Consulting Group” şirkətinin nümayəndəsi Den Olds qeyd edib.
infox.ru