Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Deputat sosial şəbəkədəki dostları ilə görüşəcək
Azərbaycan Respublikası Milli Məclisinin deputatı və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradovun növbəti dəfə "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsi və "Twitter" hesabı üzrə dostları ilə görüşü keçiriləcək.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə F.Muradov özünün "Facebook" səhifəsində elan yerləşdirərək dostlarını görüşə çağırıb.
Deputat bildirib ki, bu kimi görüşlər daha yaxından tanış olmaq, mövcud əlaqələri inkişaf etdirmək, ölkədə aktual olan mövzular ətrafında gənclərlə müzakirələr aparmaq, gəncləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi etmək, onların fikir və təkliflərini dinləmək məqsədi daşıyır.
Görüşün daha səmərəli və effektiv keçirilməsi üçün tədbirdə iştirak etmək istəyənlərdən aşağıdakı qeydiyyat formasını dolduraraq 07 aprel 2013-cü il tarixədək "fmuradov@fmuradov.az" e-mail ünvanına göndərmələri xahiş olunur. Görüşün keçirilmə yeri və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir:
SEYMUR
01/04/13 Çap et