Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin “iPad Mini” ticarət markası unikal olmadığı üçün patent almayıb


ABŞ-ın Ticarət markaları və patentlər üzrə bürosu “Apple” şirkətinin “iPad Mini” ticarət markasının qeydiyyatından imtina edib.

“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, məmurlar qərarlarını, planşet kompüterin bu “təsviri adının” unikal mənasının olmadığı ilə izah ediblər.

“Apple” şirkətinin iyul ayınadək vaxtı var ki, Amerikanın patent qurumuna sübut etsin ki, “iPad Mini” digər qurğularda əhəmiyyətli dərəcədə fərqlənir və onun adı qeydiyyatdan keçməyə layiqdir. Hazırda şirkət öz rəqibləri ilə bir neçə patent üzrə disput aparır.

Ötən il “Apple” şirkəti cənubi koreyalı “Samsung” şirkətindən əsas iş üzrə qalib gəlib, lakin martda ABŞ məhkəməsi “Apple” şirkətinin milyardlıq kompensasiyasını 40% azaldıb və dəyən ziyanın təkrar qiymətləndirilməsi üçün yeni araşdırma təyin edib.

Xatırladaq ki, “iPad Mini” satışlarına 2012-ci ilin noyabrında start verilib.

Aynur Vəliyeva




01/04/13    Çap et