Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” kameranın GPS vasitəsilə avtomatik qurulması üsulunu patentləşdirib
"Google" şirkəti GPS-in yeni istifadə üsulunu icad edib. Artıq müvafiq sorğuya ABŞ-ın ticarət markaları və patent üzrə bürosunda baxılıb.
"ICTnews" xəbər xidmətinin "www.overclockers.ru" saytına istinadən verdiyi məlumata əsasən, ixtiraçılar istifadəçinin harada yerləşdiyi haqda məlumatları fotokameranın avtomatik düzəliş edilməsi üçün istifadə etməyi təklif edirlər.
Optimal parametrlər mövqedən (bina daxilində və ya xaricində) və mövcud hava şəraitindən asılı olacaq.
Digər patentləşdirilmiş ideyalar kimi, "Google" şirkətinin "özü-özünə sazlanan fotokamera"sı kütləvi qurğularda hələ yaxın zamanda həyata keçirilməyə bilər. Buna baxmayaraq, bu qərar mobil telefonlar vasitəsilə çəkilən şəkillərin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində daha bir addımdır.
Aynur Vəliyeva
01/04/13 Çap et