Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

20 yaşlı britaniyalı virtual oyunun qurbanı olub


Böyük Britaniyada fasiləsiz olaraq bir neçə saat videooyun oynayan gənc oğlanın qan laxtalanmasına görə ölümündən sonra onun valideynləri kompyuter və oyun konsolları ilə həddən artıq aludə olmağın mümkün nəticələri haqqında gənclərin xəbərdar edilməsinin artırılması üzrə kampaniyaya başlayıblar.
Meyiti yardıqdan sonra aydın olub ki, 20 yaşlı Kristian Stenifordun ölüm səbəbi dərin venaların trombozu (damarlarda qan laxtası əmələ gəlməsi) olub, hərçənd buna qədər onun sağlamlıqla bağlı şikayəti olmayıb. Kris öz “Xbox” oyun konsolu ətrafında “Halo” oynayaraq fasiləsiz olaraq təxminən 12 saat keçirib. Gənc oğlan öz dostlarına sinəsində qəribə hisslər olması barəsində dedikdən 1 saniyə sonra ölüb. Dostlar “təcili yardım” çağırıblar, lakin həkimlər Krisi xilas edə bilməyib.
Mərhumun atası jurnalistlərə bildirib ki, o, “Xbox” yaradıcılarını ittiham etmək niyyətində deyil, lakin uzun müddət kompyuterdə vaxt keçirməyi sevənlərə potensial təhlükə haqqında xəbərdarlıq etmək istəyir.


hitech.newsru.com




01/08/11    Çap et