Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ödənişlərin qəbulu üçün mobil həll istifadəyə verilib
"Visa" ödəniş sistemi və mobil ekvayrinq xidməti göstərən "iBox" şirkəti, kartlar vasitəsilə ödənişlərin qəbulu üçün yeni proqram - "iBox" mobil terminalı təqdim ediblər.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "iBox" mobil ödəniş terminalı – "iBox"-rider – "iOS" və ya "Android" əməliyyat sistemləri üzərində işləyən smartfona və ya planşet kompüterə qoşulan xüsusi qurğudu.
"iBox" fərdi sahibkarlara və ya sığorta şirkətləri, kuryer xidmətləri, taksi, yemək çatdırma və şəbəkə marketinqi ilə məşğul olan, böyük agent şəbəkəsinə malik şirkətlər üçün nəzərdə tutulub.
Ənənəvi bank ekvayrinqindən bu xidmətin fərqi ondadır ki, o, bahalı avadanlığın alınmasını tələb etmir və bütün sahibkarlar üçün, satış həcmlərindən asılı olmayaraq, əlçatandır.
Marketinq nöqteyi-nəzərindən bu xidmət "PayPal" şirkətinin NFC-servisi və ya "iZettle" İsveç məhsulu, "Twitter" yaradıcılarının "Square" mobil terminalları ilə rəqabət apara bilər.
Aynur Vəliyeva
02/04/13 Çap et