Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Contact” ilə “Qiwi” MDB ölkələrinə bivalyuta köçürmələrini həyata keçirməyə başlayıblar
"Contact" və "Qiwi" ödəniş sistemləri istifadəçilərə bivalyuta pul köçürmələri həyata keçirmək imkanını təqdim ediblər. Artıq "Contact" pul köçürmələrini «Qiwi terminalları» vasitəsilə rublda göndərib, ABŞ dollarında almaq olar.
"ICTnews" xəbər xidmətinin "www.cnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, Abxaziyaya, Azərbaycana, Belarusa, Gürcüstana, Qazaxıstana, Tacikistana, Ukraynaya və digər ölkələrə pul köçürmələri həyata keçirməyə imkan verən yeni xidmətdən Rusiyada yerləşən 100-dən artıq «Qiwi terminalı» vasitəsilə yararlanmaq mümkündür.
Xidmətdən "Visa Qiwi Wallet" saytı vasitəsilə də istifadə etmək olar, bunun üçün axtarış sətrində "Contact" qeyd etmək, müvafiq formanı doldurmaq və tələb olunan valyutanı göstərmək kifayətdir. Pul köçürməsini 15 dəqiqə ərzində həyata keçirmək, pul köçürməsini göndərilən ölkənin istənilən qəbul məntəqəsindən əldə etmək mümkündür.
Aynur Vəliyeva
02/04/13 Çap et