Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Superkompüterlərə tələbat artır


Avtomobil istehsalçıları, əczaçılıq şirkətləri, elmi tədqiqat institutları və digər qurumlar superkompüterlərə maraq göstərməyə başlayıblar. “IDC” analitik şirkətinin məlumatına əsasən, ötən il 500 min dollar dəyərində olan yüksək məhsuldarlıqlı superkompüterlərin satış həcmi 29% artaraq 5.6 milyard dollar olub.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Titan” (Cray XK7) layihəsinin direktoru Baddi Bland satış həcminin artmasını müxtəlif arxitekturaların geniş seçimi ilə izah edir. 1990-cı ildən etibarən superkompüterlərin gücü “x86” arxitekturalı çiplərin sayını çoxaltmaq sayəsində artıb. “Intel” və “AMD” korporasiyaları fərdi kompüterləri də adıçəkilən prosessorlarla təchiz edib.

Lakin hazırda bu üsuldan imtina edərək azgüclü prosessorlara üstünlük verməyə başlayıblar. “x86” arxitekturalı çiplərin yüksək enerji sərfiyyatı buna səbəb kimi göstərilib. Digər şirkətlər “x86”-nı qrafik çiplə təchiz ediblər ki, bu da eyni anda bir neçə vəzifə yerinə yetirməklə hesablama prosesini sürətləndirə bilər.

Məsələn, “Okric” laboratoriyasında quraşdırılmış “Titan” superkompüterində mikroprosessorlar “NVIDIA”-nın diskret qrafik çipləri ilə uzlaşır. Bu sistem “TOP500” reytinqində birinci yerdə qərarlaşıb. “Titan” superkompüterini yaratmış “Cray” şirkəti bildirib ki, ötən ilin yekununa görə xalis mənfəəti 11 dəfə artaraq 161 milyon dollar olub.

Emil Hüseynov




02/04/13    Çap et