Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yarımkeçiricilər bazarında ümidverici nəticə qeydə alınıb


Yarımkeçiricilər Sənayesi Assosiasiyasının məlumatına görə, 2013-cü ilin fevralında çiplərin qlobal satış həcmi 23,25 milyard ABŞ dolları olub ki, bu da ötən ilin göstəricisindən 320 milyon dollar və ya 1,4% çoxdur. Lakin cari göstərici ötən ayla müqayisədə 3,8% azdır.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, assosiasiya mövsümi amili azalmaya səbəb kimi göstərib.

"Hələ də özünü göstərən iqtisadi qeyri-sabitliyə baxmayaraq, 2013-cü ilin əvvəlindən yarımkeçirici sənayesi ümidverici nəticə göstərir" – bu barədə “SIA”-nın prezidenti və icraçı direktoru Brayan Tuhi deyib.

O, həmçinin qeyd edib ki, gələcək inkişaf üçün Amerika hökuməti elmi-tədqiqat həllərinə daha aktiv şəkildə sərmayə yatırmalı və vergi sistemində islahatlar həyata keçirməlidir.

Emil Hüseynov




02/04/13    Çap et