Ultrabuklar payızda satışa çıxarılacaq
“İntel” korporasiyası ultrabukların (ənənəvi noutbuk və planşetlərin funksionallığına malik olan portativ kompyuterlər) bazarına çıxarılması planları haqqında məlumat verib. Yeni kateqoriyanın ilk qurğuları payızda satışa daxil olacaq. Ultrabukları “UX21” və “UX31” nazik və yüngül modellərini hazırlayan “ASUS” şirkəti təklif edəcək.
Əvvəlcə ultrabuklar ikinci nəsil “Core” prosessorları ilə olan “Sandy Bridge” aparat platformasına əsaslanacaqlar. Onların qalınlığı 20 millimetri ötməyəcək. 2012-ci ilin birinci yarısına nəzərdə tutulmuş növbəti mərhələdə belə kompyuterlərin istehsalı 22 nanometr texnologiya ilə hazırlanmış növbəti nəsil “İvy Bridge” prosessorları əsasında planlaşdırılır. Ultrabuklar “USB 3.0” interfeys və artıq fərdi kompyuter və “Apple” monitorlarında tətbiq edilən “Thunderbolt” texnologiyalarını dəstəkləyəcəklər. Nəhayət, üçüncü mərhələ ultrabukların “Haswell” kod adlı platformaya keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, “Haswell” məmulatlarının yayılan istilik enerjisinin maksimal qiyməti “İntel”in indiki mobil çiplərindən 2 dəfə az olacaq. Ultrabuklar üçün “Rapid Start” sürətli yükləmə sisteminin tətbiqi planlaşdırılır. Avtonom işin müddəti akkumulyator batareyasının tipindən asılı olaraq 5-8 saat ola bilər.
hard.compulenta.ru