Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Safari” mobil trafikin 61%-nə sahiblənib
"Net Applications" analitik şirkətinin məlumatına əsasən, "Apple" şirkətinin mobil əməliyyat sistemində quraşdırılmış "Safari" brauzeri ümumi mobil trafikin 61.79%-nə sahiblənib.
Xatırladaq ki, ötən ay adıçəkilən brauzerin payı 55.41% olub.
"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, ikinci yerdə "Android" (21.86%) və "Opera Mini" (8.4%) brauzerləri qərarlaşıb.
Emil Hüseynov
02/04/13 Çap et