Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yaxın zamanda mobil imzanın autentifikasiyası sertifikatlarının daşıyıcısı olan micro-SD kartlar təqdim ediləcək


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) yaxın zamanda smartfon və planşet istifadəçiləri üçün mobil imzanın autentifikasiyası sertifikatlarının daşıyıcısı olan micro-SD kartlar təqdim edəcək.

MHM-dən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, hazırda mobil elektron imzanın autentifikasiyası üçün nəzərdə tutulmuş sertifikatlar xüsusi sertifikasiya mərkəzində planşet, tablet və smartfon istifadəçilərinin qurğularına yüklənir.

"Bu sertifikat bank əməliyyatlarını və bir sıra digər əməliyyatları həyata keçirmək üçün kifayət edir, lakin istifadəçinin kimliyini təsdiq edən şəxsi PİN-kodun daxil edilməsini tələb edən, rəsmi sənədlərin imzalanmasına imkan vermir. Yaxın 1-2 aya biz istifadəçilərə micro-SD kartlarda təqdim edəcəyik, hazırda biz bununla bağlı beynəlxalq bazarın monitorinqini aparırıq ki, yerli bazarı müvafiq kartlarla təchiz edək. Gələcəkdə isə, mobil rabitə operatorlarının mobil imza sertifikatlarının identifikasiyasına hazır olduqdan sonra, biz elektron imzanı xüsusi SİM-kartlara yazaraq istifadəçilərə təqdim edəcəyik. Micro-SD kartlar və mobil imzalı SİM-kartlar vasitəsi ilə istifadəçilər artıq rəsmi sənədləri də imzalaya biləcəklər", - deyə MHM-də bildiriblər.

Aynur Vəliyeva




03/04/13    Çap et