Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal şəbəkədə saytların sayı 650 milyona çatıb


"Netcraft" monitorinq şirkətinin məlumatına əsasən, 2013-cü ilin martında qlobal şəbəkədə 649072682 sayt fəaliyyət göstərib ki, bu da ötən ayla müqayisədə 17,6 milyon çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, ötən ayın yekununa əsasən, bu bazarın lideri "Apache" veb-serveri 9.9 milyon host itirib.

"Apache" istifadəçilərinin əksəriyyəti "Nginx" serverindən istifadəyə keçir. Adıçəkilən veb-server son ay ərzində xidmət göstərdiyi hostların sayını 8 milyon artırıb.

Beləliklə, hazırda "Apache" serveri veb-server bazarının 51%-nə nəzarət edir. "Microsoft IIS" veb-serveri hostlarının bazasını 1.95% və ya 15.8 milyon sayt artırıb.

Emil Hüseynov




03/04/13    Çap et