Prokurorluq işçiləri “İmtahan” informasiya sistemi vasitəsilə yoxlanacaq
Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsi "İmtahan" informasiya sistemi vasitəsilə cari ilin may-iyun aylarında yoxlanacaq.
Bu barədə "ICTnews" xəbər xidmətinə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Baş Prokurorluq bildirir ki, prokurorluq işçilərinin yoxlanılması Azərbaycan Respublikası Baş Prokurorluğu üzrə 07.10.2010-cu il tarixli əmrlə təsdiq edilmiş "Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması Qaydaları"nın 1.4-cü bəndinə müvafiq olaraq 2 ildən bir reallaşır və "İmtahan" informasiya sistemində test üsulu ilə yoxlanılır.
Sonuncu dəfə belə yoxlama 2010-cu ilin dekabr ayında keçirilib. Testlərin sualları, habelə onların hazırlanmasında istifadə olunmuş normativ-hüquqi aktların və digər sənədlərin siyahısı və məzmunu Elm-Tədris Mərkəzinin internet səhifəsində («
www.elm.genprosecutor.gov.az » və ya «
etm-prok.org» linkləri vasitəsilə fərdi loqinlə daxil olmaq olar) yerləşdirilib. Burada müvafiq məlumatlarla tanış olmaq, eləcə də test bazasının təkmilləşdirilməsinə dair təkliflər göndərmək mümkündür.
SEYMUR