Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” məhkəməyə verilib
"Timelines" şirkəti "Facebook"u "timeline" interfeysindən qanunsuz istifadəyə görə məhkəməyə verib. 2009-cu ildə istifadəyə verilmiş "Timelines" saytı istifadəçilərə tarixi hadisələrin xronikasını aparmağa imkan verir.
"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, "Bloomberg" nəşrinin məlumatına əsasən, "Facebook" şirkəti, həmçinin "Timelines" şirkətinə qarşı qarşılıqlı iddia irəli sürüb.
ABŞ-ın dairə hakimi Con Darraxın sözlərinə görə, "timeline" termini məhz "Timelines" xidməti sayəsində populyarlaşıb. Üstəlik, şirkət bu layihənin inkişafına milyonlarla dollar həcmində sərmayə yatırıb.
"Facebook" şirkətinin nümayəndələri məhkəmənin qərarına münasibət bildirməyiblər. İlk məhkəmə iclası aprelin 22-də olacaq.
Emil Hüseynov
03/04/13 Çap et