Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nda dəyişiklik edilib


Nazirlər Kabineti (NK) "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"nda dəyişiklik edib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, NK-nın 2011-ci il 10 noyabr tarixli 183 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1065) ilə təsdiqlənmiş "Qaydalar"ın 8.1-ci bəndində "Patent" sözü "Dövlət rüsumu" sözləri ilə əvəzlənib.

Qeyd edək ki, qərar "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 511-IVQD nömrəli Qanununun tətbiqi haqqında" respublika prezidentinin 2012-ci il 29 dekabr tarixli 2646 nömrəli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə verilib.

HƏQİQƏT




04/04/13    Çap et