Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gələcəkdə daha fərqli brauzerlərdən istifadə edəcəyik
"Firefox" brauzerinin tərtibatçısı "Mozilla" şirkəti Cənubi Koreyanın "Samsung" şirkəti ilə birgə "Servo" adlanan "yeni nəsil" brauzer mexanizmi üzərində işləyirlər. "Mozilla"nın texniki direktoru Brendan Eyx mexanizm haqda rəsmi bloqunda məlumat verib.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, layihənin məqsədi sürətli, çoxnüvəli, müxtəlif növlü kompüter arxitekturalarının və paralel hesablama sistemlərinin üstünlüklərindən istifadə edən mexanizm yaratmaqdır. "Mexanizm "sıfır"dan hazırlanır. O, "Mozilla" tərəfindən yaradılmış "Rust" proqramlaşdırma dilində yazılır" – deyə Eyx bildirib.
"Servo" ilk növbədə "Android" mobil əməliyyat sistemi ilə işləyən "ARM" prosessorlarlı qurğular üçün nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, hələ kİ, mexanizmin çıxarılış tarixi məlum deyil.
Emil Hüseynov
04/04/13 Çap et